Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Tədbirlər
21 Fevral , 2018
Fevralın 21- də MKS-nin Uşaq şöbəsi Göyçay rayon Uşaq Gənclər İdman Şahmat məktəbində Beynəlxalq Ana dili günü ilə əlaqədar “Dil millətimin mənəviyyat bayrağı, milli mənliyi və qürurudur ” adlı tədbir keçirdi. Tədbirdə 5 və 7 saylı orta məktəbin şagirdləri , Şahmat məktəbinin müəlliməsi Fənarə Babayeva iştirak etdilər.Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Sahilə Əliyeva açaraq Beynəlxalq Ana Dili günü münasibətilə hamını təbrik etdi və bildirdi ki, dil hər bir millətinmaddi, mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Beynəlxalq Ana Dili günü münasibəti ilə “ Ana dilimizi qoruyaq” başlıqlı sərgi hazırlandı.Sərgidə Azərbaycan dilinin tarixinə aid kitablar öz əksini tapmışdır.Uşaqlar sərgidə “Dilimizi öyrənək”, “Müasir Azərbaycan Dili”, “Azərbaycan dili terminlərinin izahlı lüğəti” və başqa ədəbiyyatlarla yaxından tanış oldular. Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildə . Məktəblilərin " Dilim zəngin xəzinəmdir” mövzusunda şeir müsabiqəsi keçirildi. Fərqlənən uşaqlara kitab hədiyyə edildi.
Foto Qalereya