Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Tədbirlər
20 Fevral , 2018
20.02. 2018. Göyçay rayon M.Ə.Sabir adına Mərkəzi Kitabxana Sisteminin oxu zalında mədəniyyət, təhsil işçiləri və fəal oxucuların iştirakı ilə Xocalı soyqırımı - XX əsrin faciəsi adlı tədbir keçirildi. Tədbirdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Xocalı soyqırımına həsr edilmiş İnformasiya –resus şöbəsi tərəfindən hazırlanmış video-çarx nümayiş etdirildi.Tədbiri giriş sözü ilə açan MKS-in direktoru Rövşən Balayeva qeyd etdi ki, Xocalı faciəsi bəşər tarixində ən dəhşətli hadisələrdən biridir. Azərbaycan xalqına qarşı misli görünməmiş bu kütləvi və amansız qırğın aktı bütün insanlığa qarşı irimiqyaslı cinayyət idi. Avtomatlaşdırma şöbəsinin müdüri Nərminə Qəhrəmanovada “Xocalı soyqırımı - XX əsrin faciəsi“ mövzusunda məruzə ilə çıxış etdi: - Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək olmuşdur. Faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi . Tədbirdə R. Rza adına muzeyin müdiri Solmaz Hacıyeva, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Göyçay rayon təşkilatının sədri , Nəriman Məlikov, Şuşa məktəbinin ədəbiyyat müəlliməsi Xəyalə Xeyrulayeva və Xocalı sakini Elxan Əliyev Xocalı faciəsi haqqında çıxış etdilər. Onlar öz çıxışlarında bildirdilər ki, 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutuldu, ən dəhşətli soyqırım törədildilər. Xocalılar erməni-daşnak hərbi qüvvələrinə mərdliklə müqavimət göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayırdılar. Düşmən elə buna görə də Xocalı sakinlərini vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə yetirdi. Soyqırımın dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılması istiqamətində dövlətimiz tərəfindən böyük işlər görüldüyünü qeyd etdilər. Tədbirdə Şuşa 17 saylı ümumi orta məktəbin, Elton Əkbərov adına şəhər 2 saylı tam orta məktəbin, Ziya Bünyadov adına şəhər 3 saylı tam orta məktəbin şagirdlərı “ Xocalıya “ aid seirlər söylədilər. Sonda Xidmət şöbəsinin baş kitabxanaçısı Arzu Rəhimovada ,,Xocalı qan yaddaşı” adlı sərgidən bibloqrafik xülasə verdi.
Foto Qalereya