Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Elanlar
1 Fevral , 2018

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış  Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçiriləcəkdir.

Müsabiqə iki turdan ibarətdir.

Müsabiqənin I turunun ilk mərhələsi 2018-ci ilin fevral-mart aylarında şəhər (rayon) mərkəzi kitabxanalarında təşkil olunacaqdır. İlk turda münsiflər heyəti tərəfindən  hər şəhər (rayon) MKS-i üzrə bir nəfər qalib seçiləcəkdir.

Müsabiqənin ikinci mərhələsi cari ilin aprel ayı ərzində Bakı şəhəri və 15 regional mərkəz üzrə təşkil olunacaqdır. Bu mərhələdə hər bir şəhər (rayon) üzrə qalib gəlmiş bədii qiraətçilər iştirak edəcəklər. Bu mərhələdə regional mədəniyyət və turizm idarələri tərəfindən müəyyənləşdirilən münsiflər heyəti tərəfindən hər region üzrə 2 qalib seçiləcəkdir.

Müsabiqənin II turu - final mərhələsi cari ilin may ayında Bakı şəhərində təşkil olunacaq və Mədəniyyət və Turizm Nazirliyinin müəyyən etdiyi münsiflər heyəti tərəfindən seçilən qaliblər (I yer üzrə bir nəfər, II yer üzrə iki nəfər, III yer üzrə üç nəfər və 4 həvəsləndirici yer) xüsusi hədiyyələr və nazirliyin diplomları ilə təltif olunacaqlar