Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Tədbirlər
7 Fevral , 2018
07.Fevral 2018-ci il tarixində Göyçay rayon MKS-nin Uşaq şöbəsinin işçiləri Arif Məmmədov adına Musiqi məktəbində Qara Qarayevin 100-illik yubileyi ilə əlaqədar “Azərbaycanın dahi bəstəkarı” adlı musiqi saatı keçirdı. Tədbiri Uşaq şöbəsinin mudiri Əliyeva Sahilə açaraq,bəstəkarın həyat və yaradıcılığı haqqında uşaqlara ətraflı məlumat verdi.Musiqi saatında Məmmədov Elxanın və İbrahimova Minayın ifasında bəstəkar Q.Qarayevin əsərləri və onlardan parçalar fortepianoda səsləndirildi.Məktəbin müəlliməsi Adıgözəlova Günel “Qara Qarayev zirvəsi” mövzusunda çıxış edərək, bəstəkarın “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından parçalar fortepianoda ifa etdi.Tədbir Uşaq şöbəsinin oxu zalının müdiri S.Qafurovanın hazırladığı “Qara Qarayev -100” başlıqlı guşəyə baxışla sona yetdi.
Foto Qalereya