Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Tədbirlər
1 Fevral , 2018

02.02.2018- ci ik tarixdə Mərkəzi Kitabxanada  “2 fevral Ümumrespublika Gənclər günüdür” adlı “Dəyirmi Masa” keçirilmişdir. Tədbirdə 4 saylı orta məktəbin bir qrup şagirdi və  həmin məktəbin müəllimi Səkinə Muradova iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxananın direktoru Balayeva Rövşən ölkəmizdə gedən gənclər siysətindən danışaraq qeyd etdi ki, “Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir”. 4 saylı orta məktəbin müəllimi Səkinə Muradova öz fikirlərin bölüşərək qeyd etdi ki, “Müasir zəmanəmizin gəncləri çox aktiv və dinamikdir. Bu gün istər təhsilimizdə, istər idman sahəsində, istər tibb, elm, mədəniyyət, istər sosial-iqtisadi həyatda yetərincə aktiv fəaliyyət göstərən, savadlı, yüksək intellektual dünyagörüşə, dərin biliyə malik gənclər var. Artıq bu gün Heydər Əliyevin arzuladığı gənclik yetişib. İndi onların məqsədli şəkildə irəlilədiyi bir yol var.”Sonda şagirdlər  gəncliyə həsr olunmuş şeirlər söylədilər.

Foto Qalereya