Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
1 Dekabr , 2017
01.12.2017 ci il tarixində M.Ə.Sabir adına MKS-də xalqın böyük oğlu,misilsiz istedada sahib dahi şəxsiyyət , bəşəri faciə və humanizmin banisi Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibəti ilə "Böyüklüyün,ucalığın,əbədiyaşarlığın ünvanı-Hüseyn Cavid"başlığı altında ədəbi-bədii tədbir keçirildi.Tədbirdə rayonumuzun ziyalıları ,filologiya elmələri namizədi Əkbər Əliyev,tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı,7 saylı məktəbin müəllimi ,şair Aqil Kənkərli,Ağdaş Regional Mədəniyyət və Turizm şöbəsinin rəis müavini Sahib Şükürov,Həmkarlar təşkilatının sədri Nəriman Məlikov ,rayon müsiqi məktəbinin müəllimi ,müğənni Elşad Ehtiramoğlu və 4 saylı orta məktəbin şagirdi Nəzərli Aminə ,3 sayl məktəbin şagirdi Yediyarova Şəfiqə iştirak etdilər.. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Rövşən Balayeva açaraq qonaqlari salamladı.Sonra tədbirin aparıcıları Abonoment bölmə müdüri Şıxəliyeva Səlmi və Uşaq şöbəsinin Oxu zalının müdüri Qafurova Sevinc, Cavidin ölməzliyi ,keçdiyi ağır ,məşəqqətli yolun ağırlığından,onun həyatı və yaradıcılığı,əsərləri haqqında tədbir iştirakçılarına məlumat verdilər.Qonaqlarımızın hər biri ayrı ayrılıqda Cavid haqqında öz fikirlərini söylədiıər.Sonda kitabxananın əməkdaşları və qonaqlar xatirə şəkili çəkdirdilər.
Foto Qalereya