Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
30 Sentyabr , 2017
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Bərpanəşr layihəsinin təqdimat mərasimi keçirildi
30.09.2017

Sentyabr ayının 30-da V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Bərpanəşr layihəsinin təqdimat mərasimi keçirildi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə həyata keçirdiyi bu layihədə əsas məqsəd 1980-ci illərə qədər cap olunmuş və kitabxananın qızıl fondunda saxlanılan  ədəbiyyatların kitab göstəriciləri olduğu kimi saxlanılmaqla yenidən nəşr olunub, bütün uşaq kitabxanalarına paylanmasıdır


Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq qonaqları salamladıqdan sonra bu layihənin mahiyyətindən danışdı və tədbirin məqsədi barədə ətraflı məlumat verdi. Layihənin həyata keçirilməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi. Sonra isə çıxış üçün söz mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə verildi. Vaqif Əliyev öz nitqində, ümumilikdə sərginin mahiyyətindən,vacibliyindən son illər kitaba və mütaliəyə olan marağın artmasından və nəşr olunan kitabların insanların həyatında nə kimi  rol oynamağı barədə ətraflı məlumat verdi. Bu layihənin nəinki uşaqların hətta valideynlərində həyatında böyük rol oynayacağını qeyd etdi. 


Sonra söz layihəni həyata keçirən "Renessans-A" nəşriyyatının direktoru Ələddin Əsədova verildi. Naşir həm də layihə çərçivəsində  47 kitabdan 32 kitabın artıq nəşr olunması, qalanlarının isə ilin sonunadək nəşr olunacağı barədə məlumat verdi. Daha sonra qonaqlar da layihə barədə öz fikirlərini söylədilər. Sonda sərgiyə baxış keçirildi.