Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Əlamətdar və tarixi günlər
19 May , 2017
Azərbaycanda nəşr edilən ilk satira jurnallarından biri də “Bəhlul” jurnalıdır. “Bəhlul”un ilk nömrəsi 1907-ci il may ayının 19-da, Bakı şəhərində çıxmışdır. Jurnalın redaktoru Azərbaycanın görkəmli inqilabçı və maarif xadimlərindən olan Ələsgər Abdulla oğlu Əliyev (1883-1938) idi. Görkəmli inqilabçının redaktə etdiyi “Bəhlul”un hər nömrəsi 15 gündə bir dəfə buraxılırdı. “Bəhlul”un nəşri 1907-ci ildə noyabr ayının 4-də, 9-cu nömrədən sonra “zərərli məsləkinə görə” dayandırılmışdır. Çünki jurnalın səhifələrində zəhmətkeş kütlələrin 1905-1907-ci illərdəki inqilabi mübarizəsi geniş işıqlandırılmışdı. Jurnalın cəmi doqquz nömrəsi çıxmışdır. Buna baxmayaraq “Bəhlul” mətbuat və ədəbiyyat tarixini öyrənmək üçün diqqəti cəlb edir. “Bəhlul” ilk nömrəsindən etibarən “Molla Nəsrəddin” ədəbi-siyasi cəbhəsini müdafiə etməyə başlamış- dı. Jurnalın adı da Molla Nəsrəddin kimi xalq arasında məzmunlu lətifələri ilə məşhur olan ədalətpərəst, həqiqətpərəst Bəhlul Danəndənin adından götürülmüşdür. “Bəhlul” səhifələrində olan bü- tün materiallarda fəhlə həyatı, daha doğrusu Bakı fəhlələrinin inqilabi mübarizəsi çox geniş işıqlandırılmış- dır. 1905-1907-ci illər inqilabının təsiri ilə Yaxın Şərq xalqlarının oyanıb mütləqiyyətə və müstəmləkə zülmünə qarşı mübarizə aparmasına “Bəhlul” jurnalı öz münasibətini açıq bildirmişdir. “Bəhlul” Azərbaycanın tərəqqipərvər ziyalılarına arxalanır və çox qısa müddətdə “Molla Nəsrəddin”in yazıçı və rəssamları ilə əməkdaşlıq edirdi. M.Ə.Sabir kimi qüdrətli bir sənətkarın “Bəhlul” jurnalında iştirakı da bu faktı aydın sü- büt edir. Bu hadisə jurnalın sonadək “Molla Nəsrəddin” ənənələrinə sadiq qalmasına, həm də M.Ə.Sabirin ədəbi və jurnalistik fəaliyyətinin mühüm bir sahəsinin öyrənilməsində böyük rol oynamasına sübutdur.