Göyçay rayon Mərkəzi Kitabxanası

Göyçay rayon MKS
Tədbirlər
24 Noyabr , 2016

          24 oktyabr 2016-cı il tarixdə  Göyçay rayon Mərkəzi Kitabxanasında xalqımızın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 875-illiyinə həsr olunmuş “Şair dühasının sönməz işığı “ adlı ədəbi-bədii gecə keçirilmişdir.  Tədbirdə R.Rza adna  ev muzeyinin müdiri Solmaz xanım Hacıyeva, Mədəniyyət və Turizm şöbəsi Həmkərlar Təşkilatının sədri Nəriman Məlikov , 3 saylı orta məktəbin şagirdləri Nəzərli Aminə , İbrahimli Hidayət,Məmmədli Gəray , Əli Səmədli adına “Arvan “ kitabxanasının əməkdaşları , 3 saylı orta məktəbin bir qrup şagirdləri iştirak edirdi.

Tədbir İnformasiya – Resurs şöbəsinin hazırladığı Nizami Gəncəviyə həsr olunmuş “Şair dühasının sönməz işığı “  adlı video çarxla açıldı. Sonra 3 saylı orta məktəbin şagirdləri N.Gəncəvinin qəzəllərindən parçalar söylədilər. Uşaq şöbəsinin Oxu zalının müdiri Qafurova Sevinc N.Gəncəvinin həyat və yaradıcılığı haqqında çıxış etdi.Gəray Məmmədli skiripkada Nizaminin “Sənsiz” romansını ifa etdi.Daha sonra kitabxananın əməkdaşı Arzu Rəhimova Elvinin ifa etdiyi tarın müşayəti ilə “Sevgili Canan” romansını oxudu. Gələn qonaqlarımız  Nizami haqqında öz fikirlərini söylədilər və kitabxana kollektivinə öz təşəkkürlərini bildirdilər. Tədbir “Nizami Gəncəvi  -875” başlıqlı sərgiyə baxışla sona çatdı.

Foto Qalereya