Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
20 Oktyabr , 2016

Göyçay rayonunda noyabr ayının 5-də növbəti nar bayramı keçiriləcəkdir

2016-10-19

 Noyabır ayının 5-də Göyçayda qədim zamanlardan bəri göyçaylıların ana məhsulu, halal ruzisi, meyvələrin şahı olan nara həsr olunmuş nar bayramı keçiriləcəkdir.
Bayramın keçirilməsi üçün rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Təşkilat Komitəsi yaradılmış və bayrama hazırlıq işlərinə başlanılmışdır.
Göyçay rayon icra hakimiyyətinin xüsusi  tədbirlər planına əsasən həyata keçirilən səliqə səhman, quruculuq abadlıq işləri şəhərin küçələrini, park və xiyabanlarını əhatə edir. Bu bayram öz zənginliyi və möhtəşəmliyi ilə fərqlənəcəkdir. Bayram tədbirində nara həsr olunmuş musiqi nömrələri, müxtəlif müsabiqələr, nar yarmarkası, rəngarəng sərgilər, milli folklorumuzun zəngin nümunələri, Azərbaycan mətbəxi və nar məhsullarının bütün nümunələri bayram iştirakçılarını heyran edəcəkdir. Nar bayramı bir ənənə halını almışdır. Bir çox diplomatik korpusların, nazirliklərin nümayəndələri, millət vəkilləri, qonşu rayonlardan gələn qonaqlar bayram mərasimlərinin sevinclərini bizimlə birlikdə yaşayacaqlar.
Noyabr ayının 5-də keçiriləcək nar festivalının yüksək səviyyədə təşkili üçün təşkilatçılara, o cümlədən yerli icra nümayəndəliklərinə və bələdiyyə orqanlarına tövsiyyələr verilib.