Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
17 Oktyabr , 2016

Göyçay rayonunda Dövlət müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə yığıncaq keçirilmişdir.

2016-10-17

Dövlət müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə Göyçay rayonunda  keçirilən toplantıdan öncə ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət olunub. İdarə, müəssisə və təşkilat kollektivlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri toplantıda xalqımızın keçdiyi tarixi inkişaf yolundan, son 25 ildə qazanılan uğurlardan ətraflı söz açılıb. Məlumat verilib ki,bu tarixi hadisə münasibəti ilə rayonda silsilə tədbirlər keçirilir, gənc nəslin maarifləndirilməsi istiqamətində addımlar atılır,müstəqilliyimizin bərpasının tarixi  əhəmiyyəti barədə məlumatlar verilir.
Rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bildirib ki, dövlət müstəqilliyimizin qorunub saxlanılması, dönməz xarakter alması ulu öndər Heydər Əliyevin  tarixi  xidmətləri ilə bağlıdır. Məhz bu tarixi şəxsiyyətin  müdrikliyi, uzaqgörən siyasəti və xilaskarlıq missiyası nəticəsində Azərbaycan bu günki uğurlara imza atıb. Müstəqillik illərində ölkəmizdə bütün sahələrdə böyük irəliləyişlər əldə olunub,mühüm layihələr  həyata keçirilib. Əsrin neft müqaviləsinin bağlanması ilə iqtisadi inkişafın əsası qoyulub.
Möhtərəm Prezident İlham Əliyev cənablarının ardıcıl, davamlı fəaliyyəti ilə 2003-cü ildən icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Respublikamızda olduğu kimi Göyçay rayonunda da əhəmiyyətli layihələr həyata keçirilib.Kəndlərin qazlaşdırılması,əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması,yol infrastrukturunun yenidənqurulması,təhsil və səhiyyə ocaqlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb. Bir sözlə,həyata keçirilən quruculuq tədbirləri rayonun simasını müasirləşdirib.
Yığıncaqda çıxış edən digər natiqlər Prezident İlham Əliyev cənablarının daxili və xarici siyasətini bəyəndiklərini, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə inandıqlarını bir daha vurğulayıblar.