Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
10 Sentyabr , 2016

Qurban bayramı haqqında qıssa bir melumat.

Dini qurban kəsmə bayramı – Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir və bütün müsəlman aləmində hər il qeyd olunur.
Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi islamdan da əvvəl mövcüd olub, lakin o vaxtlar günahı təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.
Hicrinin (Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçən il) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyatçılıq, başqalarına kömək etməsi kimi rəmzlər yarandı.
Dini qurban kəsmə İbrahim peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, İbrahim peyğəmbər yuxusunda görür ki, Allah-təala ona əmr edir ki, oğlu İsmayılı qurban versin (onların Allaha inamını yoxlamaq üçün). Ibrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa hazır idi. Bu haqda Quranda yazılmışdır.
Qurban bayramda hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: “Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır”.