Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Göyçay rayonun görkəmli şəxsləri
30 Avqust , 2016

Həbibi

Həbibi — Azərbaycan şairi.

 

Həyatı.

Məşhur Azərbaycan şairi, böyük Füzulinin ustadlarından sayılan Həbibi təqribən 1470-1475-ci illərdə,Göyçay qəzasında indiki Ucarrayonunun Bərgüşad kəndində anadan olmuşdur. Əsl adı mənbələrdə çəkilmir. Rəvayətə görə uşaqlıqda çobanlıq etmiş Həbibi təsadüf nəticəsində gənc yaşlarından Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına gətirilmişdir. Sonralar Şah İsmayıl Xətainin sarayında böyük nüfuz qazanmış, hətta Məlik üş-şüara olmuşdur.

Çaldıran vuruşmasından (1514) sonra ömrünü Türkiyədə keçirmişdir. Mənbələrdə Türkiyəyə getməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur.

Sənətkarlığı ilə Füzulini belə heyran edən şairin divanı dövrümüzədək gəlib çatmamışdır. Ədəbi irsindən yalnız 50-yə qədər şeri (qəsidə, qəzəl, müsəddəs, tohid, qitə və sair) məlumdur. Şerlərində insan ləyaqətini, mənəvi gözəlliyi, məhəbbəti tərənnüm etmişdir.

Həbibinin yaradıcılığı Azərbaycan şerinə (Şah İsmayıl Xətai, Füzuli və başqaları), ümumiyyətlə, türkdilli poeziyaya güclü təsir göstərmişdir. Şerlərinin dili əksər hallarda xalq ifadə tərzinə yaxın və sadədir. Çətin anlaşılan ərəb və fars tərkibləri azdır.

Kitabları.

 

·         Həbibi. Şeirlər. Bakı, "Şərq-Qərb", 2006. 88 səh.

·         Şerlər. Bakı: 1981.

·         Qəsidələr, qəzəllər. "Azərbaycan klassik əbədiyyatı kitabxanası". "20 cildə", C.3. Bakı: 1984.