Göyçay rayon Mərkəzi Kitabxanası

Göyçay rayon MKS
Göyçay rayonun görkəmli şəxsləri
31 Avqust , 2016

Emin Mahmudovun qələmə aldığı "Günəş şəhəri" adlı ilk elmi-fantastik hekayələr məcmuəsi bu gün də öz məhşurluğunu qoruyub saxlayır. Mahmudov Emin Qasıməli oğlu - nasir, tərcüməçi, 1954- cü idən Azərbaycan Yazıçılar Birliyinin üzvü - 1925-ci il Emin Mahmudov yanvarın 1-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Burada 1 saylı orta məktəbi bitirib bir il uşaq evində tərbiyəçi işləmiş, sonra ordu sıralarında xidmət etmişdir (1943-1945). Tərxis edildikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1945-1950). Ədəbi yaradıcılığa şeirlə başlasa da, elmi fantastikaya və bədii tərcüməyə üstünlük vermişdir. "RT-1" adlı ilk elmi-fantastik hekayəsi 1952-ci ildə "Pioner" jurnalında dərc olunmuşdur. "Günəş şəhəri" adlı ilk elmi-fantastik hekayələr məcmuəsi isə 1953-cü ildə Uşaqgəncnəşrdə çapdan çıxmışdır. O, Bakıda Baş mətbuat idarəsində senzor (1948-1952), "Azərbaycan qadını" jurnalı redaksiyasında məsul katib (1955-1966), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi (1953-1954), "Azərbaycan pioneri" qəzeti redaksiyasında məsul katib (1967-1971), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor (1973-1982) olmuşdur. Emin Mahmudov ömrünün son günlərini Amerikada yaşayıb və 2009 - cu ildə orada vəfat edib. Əsərləri 1.Muğanda qütb parıltısı. - Bakı: Uşaqgəncnəşr, 1954. - 59 s. 2.Kainat gəmisi. - Bakı: Uşaqgəncnəşr, 1957. - 189 s. 3.Veneranın göyləri od içindədir. - Bakı: Uşaqgəncnəşr, 1960. - 211 s. 4.Qeyb olmuş səslər. - Bakı: Azərnəşr, 1964. - 87 s. 5.Dəmir necə ayaq açdı. - Bakı: Gənclik, 1967. - 41 s. 6.Zülmət dənizi. - Bakı: Gənclik, 1972. - 174 s. 7.Ulduzlar yolumuzu gözləyir. - Bakı: Gənclik, 1975. - 93 s. 8.Qüdrətli pillə. - Bakı: Gənclik, 1985. - 56 s. 9.Günün nəfəsi. - Bakı: Gənclik, 1986. - 60 s. 10.Atlant qızı. - Bakı: Yazıçı, 1986. - 230 s. Tərcümələri (ruscadan) Zaxarçenko V. ―Elektrik beyni ilə söhbət‖, Levi V. ―Fikir ardınca‖ Baxtamov R. ―Qanun qanundur‖, Seyidməmmədova Z. ―Təyyarəçinin qeydləri‖, ―Şişpapaq‖, ―Dağlarda şimşək çaxır‖, ―Yağış mahnısı‖, ―Povest və hekayələr‖ ―Baba nağılı‖ : povest və hekayələr, ―Teleqram‖ : povest və hekayələr