Göyçay rayon Mərkəzi Kitabxanası

Göyçay rayon MKS
Göyçay rayonun görkəmli şəxsləri
31 Avqust , 2016


Rəsul Rza



 Rəsul Rza (1910-1981) 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Mənşə etibarı ilə tanınmış Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şeirlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş ,anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. İbtidai təhsilini Göyçayda 1 saylı məktəbdə almışdır. Kiçik yaşlarından şer yazır,mahnı qoşurdu. 1924-cü ildən Göyçayın ictimai həyatında fəal iştirak edib. Göyçay şəhər kitabxanasında müdir (1924) ,həmkarlar klubunda gənclər bölməsinin müdiri(1925) işləyir, Tibilisidə Zaqafqaziya Kommunist Universitetinin kooperasiya şöbəsində təhsil alır (1926-1927). Bu dövrdə ilk şerini “Qiğılcım” almanaxında çap etdirir. “Dan ulduzu “jurnalında “Oğul qatili”, “Arvadbaz”, ”Dilarə “ hekayələri, “Yeni fikir” və “Zarya Vostoka “ qəzetlərində bir neçə şeri dərc olunur. 1930 –cu ildə Bakıya köçməsi onun yaradıcılığında dönüs yaradır. “Gənc işçi “ qəzeti redaksiyas;nda tərcüməçi kimi işə düzəlir , məqalə,oçerk və şerlərini müntəzəm çap etdirməyə başlayır. “ Çapey “ adlı ilk şer kitabında olan “Bolşevik yazı “şeri ilə öz yaradıcılıq yolunu elan edir. O Azərbayçan Elmi Tədqiqat İnsititunun aspiranturasında (1931-1933) , Moskvada Kinomatoqrafiya İnstitutunda təhsilini davam etdirir (1934-1937) . Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1942-1944) , kinomatoqrafiya idarəsində rəis (1944-1946) , Azərbaycan SSRR kinomatoqrafiya naziri (1946-1949) , Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru , Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü , Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri , SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü , “ Novosti “ Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri , Azərbaycan Respuplikasi Ali Sovetinin (vıı çağırış) deputatı , Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.Xidmətləri yüksək qiymətləndirilmiş , ona fəxri adlar verilmiş, üç dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. 1981 –ci il aprelin 1-də Bakıda vəfat etmiş , Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakı küçələrindən biri onun adını daşıyır.                                                                                
Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı ("Vətən" (1942), "İntiqam! İntiqam…" (1943) şer kitabları, "Ölməz qəhrəmanlar" (1942), "Qəzəb və məhəbbət" (1943) hekayə və oçerk topluları, "Vəfa" (1943) pyesi və s).                                                    
 
Bədii cəhətdən ən güclü əsərlərindən biri "Lenin" poemasıdır.                                                             
  60-cı illərdə Rəsul Rza, yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi ("Şerlər" (1959), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965) şer kitabları). "Qızıl gül olmayaydı" (1958-61), "Bir gün də insan ömrüdür", "Xalq həkimi" (1961) poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur. "Rənglər" (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da ("Dünən, bu gün, sabah" (1973), "Güneylər, quzeylər" (1977), "Üzü küləyə" (1979) kitabları) əsasmövzusudur.                                                                                                                                         Uşaqlar üçün də yazmışdır ("Balacaların şəkilli təbiət ensiklopediyası" seriyasından kitabçalar). Ədəbi-tənqidi və publisistik məqalələri oçerkləri var ("Mənim fikrimcə" kitabı, 1967).

Nizami Gəncəvinin "Xosrov və Şirin", Esxilin "Zəncirlənmiş Prometey" əsərlərini, V.Mayakovskinin şer və poemalarını, N. A. Nekrasovun "Rus elində kimin günü xoş keçir" poemasını,H. Lonqfellonun "Hayavata haqqında mahnı" poemasını, Lope de VeqaV. GöteC. Q. BayronA. S. PuşkinH. HeyneM. Y. LermontovT. ŞevçenkoŞ. PetöfiA. BlokNazim HikmətP. ElüarF. Qarsia LorkaV. Nezval, habelə müasir Asiya və Afrika şairlərinin əsərlərini azərbaycan dilinə çevirmişdir. Əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir. Bir çox şerlərinə musiqi bəstələnmişdir

R.Rzanın "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın əsas mövzusu Müşfiqin həyatı və taleyidir. Bununla belə,R.Rza öz qəhrəmanının nümunəsində ümumiyyətlə 30-cu illər cəmiyyətinin faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərmişdir. Poema lirik-epik səpkidə yazılmışdır. Əsər müəllifin nakam şairimiz Müşfiqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır. Rəsul Rza təhkiyənin bu formasını əsərin sonuna qədər davam etdirir.

Şeirləri çevirmişdir. Əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir. Bir çox şerlərinə musiqi bəstələnmişdir

R.Rzanın "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın əsas mövzusu Müşfiqin həyatı və taleyidir. Bununla belə,R.Rza öz qəhrəmanının nümunəsində ümumiyyətlə 30-cu illər cəmiyyətinin faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərmişdir. Poema lirik-epik səpkidə yazılmışdır. Əsər müəllifin nakam şairimiz Müşfiqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır. Rəsul Rza təhkiyənin bu formasını əsərin sonuna qədər davam etdirir.

ŞeirləriXəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Mükafatlar

·         Sosialist Əməyi Qəhrəmanı — 16.05.1980

·         Lenin ordeni — 16.05.1980.

·         «Oraq və Çəkic» qızıl medalı — 16.05.1980

Xatirəsi

Xalq şairi Rəsul Rza haqqında “Çinar ömrü” adlı film çəkilmiş və 2011-ci ildə Kinematoqrafçılar İttifaqında təqdimatı olmuşdur. Filmin quruluşçu rejissoru Ramiz Həsənoğludur..

2011-ci ildə "...Yaşıl atlas-ömürdən səhifələr" adlı bədii-sənədli film çəkilmişdir. Filmin təqdimatı Beynəlxalq Muğam Mərkəzində olmuşdur. RejissoruBeynəlxalq Muğam Mərkəzində olmuşdur. Rejissoru Əhliman Qafarovdur..

Şeirlərinə mahnılar.

·         Gözlərin aladır, yar

          Sənə də qalmaz .

·         Qızıl üzük . .

·         Bakı .

·         İnsaf da yaxşı şeydir

·         Gilavar .

·         Əhf etdim .

·         Əsmə, külək .

·         Arzu

·         Mən istəyirəm .

Filmoqrafiya.

1.   Ağ rəngin simfoniyası (film, 2003)

2.   Azərbaycan elmi (film, 1969)

3.   Azərbaycan naminə! (film, 2004)

4.   Bəxtiyar (film, 1955)

5.   Böyük ömrün anları (film, 2006)

6.   Dəcəl dəstə (film, 1937)

7.   Dostluq himni (film, 1974)

8.   Eldən soruş (film, 1980)

9.   Göy rəngin melodiyası (film, 2003)

10.Kəndlilər (film, 1939)

11.Kölgələr sürünür (film, 1958)

12.Qırmızı rəngin ekspressiyası (film, 2002)

13.Qız Qalası (film, 1984)

14.Qızıl gül olmayaydı... (film, 1965)

15.Qızıl gül olmayaydı... (film, 1990)

16.Mətbuat fədaisi (film, 2007)

17.Ordenli Azərbaycan (film, 1938)

18.Salam, Zeynəb! (film, 1982)

19.Tikdim ki, izim qala. III film (film, 1998)

20.Toğrul Nərimanbəyov (film, 1966)

21.Üzeyir ömrü (film, 1981)

22.Yaşıl rəngin qamması (film, 2002)

23.Yuva qurdum söz içində. Məmməd Alim (film, 2007)

İstinadlar.

1.    .Yazıçı Rəsul Rzaya (Rəsul İbrahim oğlu Rzayevə) Sosialist Əməyi Qəhrəmanı adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1980-ci il tarixli Fərmanı —anl.az saytı

2.    Cəvahir. “Çinar ömrü” təqdim olundu: [Kinematoqrafçılar İttifaqında Xalq şairi Rəsul Rza haqqında çəkilən eyni adlı filmin təqdimatı] //Mərkəz.- 2011.- 4 fevral..

3.     Xəlilzadə, F. “Çinar ömür”n əzəməti: Yeni sənədli film: [Quruluşçu rejissoru Ramiz Həsənoğlu olan film xalq şairi Rəsul Rzanın həyat və yaradıcılığından bəhs edir] //Azərbaycan.- 2011.- 6 fevral.- S. 6; 525-ci qəzet.- 2011.- 5 fevral.- S. 18; Ədəbiyyat qəzeti.- 2011.- 4 fevral.- ..

4.    Xalq şairi Rəsul Rzanın həyat və yaradıcılığından bəhs edən "...Yaşıl atlas-ömürdən səhifələr" adlı bədii-sənədli filmin təqdimatı: [BMM-də rejissor Əhliman Qafarovun eyni adlı filminin təqdimatı haqqında] //Ədəbiyyat qəzeti.- 2011.- 10 iyun..


Foto Qalereya