Şuşa şəhərinin işğalı
1992-ci
il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet
ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli
texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən
artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər
işğal olundu. Şuşa işğal
nəticəsində ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq
təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri
bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən
ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş
Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli
arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.
Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış
binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları
muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə
«Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.
Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşa
şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar
600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını,
Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini,
Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq
müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı
texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22
klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix
muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi,
Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq
musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini
talamış və məhv etmişlər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə
də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi
şəxsiyyətlərin heykəllərini güllələdilər.
Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi
muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi,
bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin
əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi
və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin
fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının
özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən
korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması
haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii
irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına
ziddir.
Azərbaycan
xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi
Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin,
bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri
artıq iyirmi ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı
altındadır. Düz iyirmi ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna
qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi
tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının
izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl
atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli
tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri
kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri,
qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar
dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir
vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan
yerlər xarabazara çevrilmişdir.