Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
21 İyul , 2016

İyul ayının 21-də Göyçay rayon İcra Hakimiyyətində milli mətbuatımızın yaranması günü münasibətilə bir qrup jurnalistlərlə görüş keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı cənab Mehdi Səlimzadə jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rayon icra hakimiyyətinin başçısı milli mətbuatımızın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, qazandığı nailiyyətlərdən söz açıb. Bildirib ki, milli mətbuatın əsas məqsədi Azərbaycan cəmiyyətini maarifləndirmək, xalqın milli özünüdərk prosesinə təkan verməkdir. Keşməkeşli inkişaf yolu keçən Azərbaycan mətbuatı ümummilli liderimiz Heydər Əliyevin qayğısını həmişə hiss edib. Bu gün də Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan mətubatı özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycanda mətbuat üzərində hər hansı bir dövlət nəzarəti mexanizmi yoxdur. Mətbuat tam sərbəst, müstəqil şəraitdə öz fəaliyyətini qurub və bu prinsiplərlə də inkişaf edir.
Mətbuat nümayəndələri çıxışlarında hər bir jurnalistin ilk növbədə vətənpərvər olmasının vacibliyini önə çəkiblər. Jurnalistlər Azərbaycan mətbuatının 141 illik şanlı yolundan danışıblar.
Sonda ölkəmizdə fəaliyyət göstərən televiziyaların, informasiya agentliklərinin və qəzetlərin Göyçaydakı bölgə müxbirlərinə və yerli mətbuatın nümayəndələrinə hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.