Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
2 İyul , 2016

Göyçay rayonunda həyata keçirilən sosial-iqtisadi, quruculuq-abadlıq işlərinin gedişinə həsr olunmuş müşavirə keçirilmişdir.

2016-07-02

02 iyul 2016-cı il tarixdə rayon icra hakimiyyətində keçirilən müşavirədə rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən xidmət təşkilatlarının, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri, gənclərin, ağsaqqal və əmək veteranlarının, dini icmaların nümayəndələri iştirak etmişlər.
Müşavirədə Ağsu regional Qaz İstismar sahəsinin Göyçay xidmət üzrə rəisi, «Göyçay-Su kanal» TSC-nin sədri, rayon paylayıcı elektrik şəbəkəsinin rəisi, rayon suvarma sistemləri idarəsinin rəisi, rayon icra hakimiyyətinin «Sanitar-Təmizlik» idarəsinin müdiri, Göyçay şəhər, Qaraməryəm və Aşağı Qaraməryəm kənd inzibati ərazi dairələri üzrə nümayəndələri çıxış edərək əhaliyə göstərilən xidmət işinin vəziyyəti, görülən işlər və problemlər barədə məlumat verdilər.
Sonra rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək son günlər rayon ərazisində aparılan abadlıq-quruculuq işləri və qarşıda duran vəzifələrdən danışmış və müvafiq tövsiyyə və tapşırıqlarını vermişdir.
Müşavirədə iştirak edən rayon ictimaiyyətinin, ağsaqqal və əmək veteranlarının, dini icmaların nümayəndələri rayonun sosial-iqtisadi inkişafına göstərinlən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirmişlər.