Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
6 İyun , 2016

Göyçayda rayon icra hakimiyyyəti tərəfindən iftar mərasimi təşkil edilib.

2016-06-30

«Aysel» şadlıq sarayında təşkil olunan mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, rayonda fəaliyyət göstərən məscidlərin icma rəhbərləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları, rayonda məskunlaşmış  köçkün və qaçqın ailələrinin nümayəndələri (310 nəfər) iştirak edib.  Tədbirdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi İldırım oğlu Səlimzadə Ramazan ayının əhəmiyyətindən danışıb, milli dəyərlərimizin ulu öndər, ümummilli lider Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini bildirib. Ulu öndər Heydər Əliyevin islami dəyərlərə verdiyi böyük dəyərin bu gün ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyi qeyd edilib.  Gəncə və Şamaxıda tarixi məscidlərin bərpası bunun bariz numunəsi olduğu söylənilib. Çıxışının sonunda rayon icra hakimiyyətinin başçısı cənab Mehdi İldırım oğlu Səlimzadə bütün müsəlmanları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib, sülh və firavanlıq arzulayıb.