Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
23 İyun , 2016

Göyçayda dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər

2016-06-23

Göyçayda 23 iyun - dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir təşkil olunub.
Göyçay rayon icra hakimiyyətində keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Sonra rayon icra hakimiyyətində davam etdirilən tədbirdə icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. İcra hakimiyyətinin başçısı qeyd edib ki, dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək dəyərləndirən icra hakimiyyətinin başçısı Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə müasir dövlətçiliyimizin əsaslarının yaradıldığını bildirib. Rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 2016-cı il 22 iyun tarixli sərəncamı ilə rayon icra hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Kamil Xəlilovu “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülməsi münasibətilə təbrik edərək dövlət qulluqçularına məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edənlər dövlət qulluqçularının rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatındakı fəaliyyətlərini yüksək qiymətləndirərək onlara ən xoş arzularını çatdırıblar.