Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
17 İyun , 2016

17 iyun tibb işçilərinin peşə bayramı günüdür

17 iyun tibb işçilərinin peşə bayramı günüdür

Bu gün Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı qeyd olunur. Xatırladaq ki, 17 iyun ölkəmizdə Səhiyyə Nazirliyinin yarandığı tarixdir və bu günün səhiyyə işçilərinin peşə bayramı kimi qeyd olunması da elə bu amillə bağlıdır.

1918-ci ildə Xalq Cümhuriyyətinin yaradılması ilə səhiyyə tarixində yeni bir səhifə açılır. 1918-ci il iyunun 17-də ilk dəfə Azərbaycanda Səhiyyə Nazirliyi yaradılıb və bu sahə dövlətin idarəsinə keçib. Bu qərar o zaman yenicə qurulmuş demokratik respublikanın ilk qərarlarından idi. İlk səhiyyə naziri isə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Sovet dövründə də Azərbaycanda səhiyyə dövlətin nəzarətində olan və daimi inkişaf edən bir sahə olub.

Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il sərancamına əsasən hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.