Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Rayon haqqında
10 Mart , 2016

Göyçay rayonu haqqında ümumi məlumat

 

 Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Rayon şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km uzanaraq 736 km sahəni əhatə edir.Rayonun tərkibinə 1 şəhər,55 kənd daxildir.Rayon mərkəzi Göyçay şəhəri Bakı- Qazax magistral yolunun 216 kilometrliyində,Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir.Göyçay rayonu şimal şərqdə İsmayıllı,cənub – şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş rayonu il həmsərhəddir.

 Tarixi

 “Göyçay”  əsl türk mənşəli söz olub,sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür.Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənğinə çaldığına görə belə adlandırılmışdır.Bəzi tarixi mənbələrə görə rayon əhalisi,əsasən XI əsrdə Türküyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşmışdır.Zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və bununlada yaşayış məntəqəsi genişlənməyə  başlanmışdır.Çar hökümətinin Qafqazda apardığı inzibati quberniyasının tərkibində Göyçay qəzəsı yaradıldı.qəza mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916-cı ildən şəhər adlandıılmışdır . Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu il avqust ayının 8-də Göyçay rayonu təşkil edilmişdir.Göyçay şəhərinin inkişafı təxminən XX əsrin 30-cu illərindən başlanmışdır.Göyçay rayonunun ərazisində XII-XIVəsrlərdə inşa edilmiş və Ərəb xilafəti dövrünə aid “Surxay”qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl  II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insane məskənlərinin mövcud olduğunu subut edir.XIXəsrin axırlarında yer hamamı və 4 məscid də rayonun tarixi abidələri sırasına daxildir.Rayonun ərazisi tikinti sənayesində istifadı olunan təbii ehtiyatlarla zəngindir.Göyçay çayı dərəsinin  və Cəyirli kəndininyaxınlığında çay daşı,çınqıl,qum çıxarılır.Rayonun Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki,bundan da yüksək keyfiyyətli  kərpic istehsal olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göyçaylılar yaxından iştirak etmişlər. Qarabağın Ermənistan silahlı birləşmələrindən azad olunması uğrunda döyüşlərdə göyçaylılar 163 şəhid vermiş,44 nəfər itkin düşmüş,106 nəfər şikəst olmuşdur.

 Coğrafi mövqeyi       

  Rayon Azərbaycan Respublikasının mərkəzində ,şirvan düzünün şimal hissısində Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşir.Rayon ərazisindən Göyçay çayı və Yuxarı  Şirvan kanalı keçir. Rayon ərazisinə 56 yaşayış məntəqəsi daxildir. İqtisadi xarakteristikası kənd təsərrüfatının əsasını pambıqçılıq,üzümçülük,taxılçılıq,heyvandarlıq,baramaçılıq və meyvəçilik təşkil edir.                       Göyçayı həm də “Çinarlar şəhəri” adlandırırlar.Bütün bunlardan əlavə”Çinarlar şəhəri”adlandırılan Göyçayda öz tarixi qədimliyi və əzəmətilə seçilən ağaclar vardır ki,həmin ağaclar hal-hazırda tarixi abidə kimi mühafizə olunaraq qorunur.

Təhsili   

Göyçay rayonunun təhsil sistemi son illər xeyli inkişaf etmiş,orta təhsi müəssisələrinin sayı artmış,təhsildə irəliləyişlər əldə edilmişdir. Rayonun təhsil sisteminə xeyli sayda məktəbdənkənar tədris müəssisələri,o cümlədən 1 texniki yaradıcılıq mərkəzi və 1 uşaq yaradıcılıq mərkəzi daxildir.Hazırda həyata keçirilən “Göyçay rayonunun Sosial-İqtisadi İnkişaf Proqramı (2004-2008-ci illər) ”də öz əksini tapan tədbirlər rayonun təhsil sisteminin strukturunun və məzmununun yeniləşməsinə və daha mütərəqqi tələblərə cavab verməsinə yönəldilmişdir.                                 Göyçay rayonunun 33%-ini,yəni təxminən 33 min nəfərini gənclər təşkil edir.Rayonda gənclərlə bağlı tez-tez müxtəlif tədbirlər keçirilir.Hər il fevral ayının 2-də Rayon İcra Hakimiyyəti ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirir.Son illər həmçinin ordudan tırxis olunmuş gənclərlə omların sahibkarlıq fəaliyyətinə yardım məqsədilə görüşlərin keçirilməsi adi hala çevrilib.Rayon Cənclər,İdman və Turizm idarəsi də gənclərlə mütamadi olaraq müxtəlif səpgili görüşləri təşkil edir.Bundan əlavə hər il bütün tarixi əlamətdar günlər rayonda qeyd olunur.

Mədəniyyəti     

Rayonda Mədəniyyət  Şöbəsi, Mərkəzi Kitabxana Sistemi,Heydər Əliyev mərkəzi,Tarix Diyarşünaslıq muzeyi və Rəsul Rza adına ev muzeyi fəaliyyət göstərir.Mədəniyyət  şöbəsi nəzdində rayonun qəsəbə və kəndlərində 10 mədəniyyət evi,19 klub,43 kitabxana və 1 Uşaq musiqi məktəbi fəaliyyət göstərir. Umumilikdə mədəniyyət sahəsində 378 işçi çalışır.                   Rayon Mədəniyyət Şöbəsi Göyçay rayon Nəriman Nərimanov küçəsi 50 ünvanda yerləşir.                   


  Telefon: (02027) 274-60-24,Faks: (02027) 274-60-24