Göyçay rayon Mərkəzi Kitabxanası

Göyçay rayon MKS
Rayon haqqında
4 Fevral , 2016

Muzeylər hır bir xalqın tarixi və mədəni həyatında  əvəzedilməz  rol oynayır. Muzeylər tariximizin canlı yaddaşıdır,keçmişimizi  işıqlandıran bir ocaqdır.Muzeylər xalqımızın bütün dövrlərə aid milli sərvətlərini əyani şəkildə nümayiş etdirən elmi- tədqiqat müəssisəsi,mədəniyyət mərkəzidir. Göyçay rayon Tarix- Diyarşünaslıq muzeyi 1984-cü ildən fəaliyyət göstərir. Hal-hazırda GTDM-də 6600-dən artıq eksponat mühafizə olunur.Onlardan 2500-dən artıq eksponat ekspozisiyada nümayiş etdirilir. Muzeydə tarixən qədim, dərin məzmunlu,təhlilə ehtiyacı olan eksponatlarla yanaşı,müasir tarixə malik əşyalar da nümayiş etdirilir. Hər il minlərlə tamaşaçı muzeydə ekskursiyada olur.   GTDM kütləvi tədbirlərin həyata keçirilməsində də fəal iştirak edir.Muzeydə keçirilən bütün tədbirlərin əsas iştirakçıları məktəblilərdən ibarətdir. Muzeylər xalqımızın bütün dövrlərə aid sərvətlərini əyani şəkildə nümayiş etdirən,təbliği ilə məşğul olan elmi- tədqiqat müəssisəsi, mədəniyyət mərkəzidir. GTDM-də 12 əməkdaş çalışır. Direktor, fond müdiri, elmi işçi, rəssam, ekskursovod,5 nəzarətçi,2 texniki işçi.

GTDM  H. Əliyev- 81ünvanda yerləşir.