Göyçay rayon Mərkəzi Kitabxanası

Göyçay rayon MKS
Rayon haqqında
11 Fevral , 2016

 Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhəri  IV -148 ”13.05.2004-cü il” əmrinə əsasən Göyçay rayonunda  R.Rzanın ev muzeyi yaradılmışdır. R.Rzanın ( bir vaxt yaşadığı) indiki ev muzeyi Arvan çayının sahilində Füzuli küçəsi  114 saylı ünvanda yerləşir.Digər muzeylər kimi xalq şairi R.Rzanın  da ev muzeyi əşyaların mühafizəsi,öyrənilməsi,kütləvi nümayişinin və təbliğinin həyata keçirilməsini təmin edir.2010-cu ildə R.Rzanın ev muzeyində işlənmiş mövzu ekpozisiya planına əsasən muzey 4 zaldan ibarət olub,şairin yaradıcılığının müəyyən dövrünə görə ekpozisiya zalları üzrə bölünmüşdür.  

 1-ci zalda Muzeyin yaranma tarixi haqqında əmr və sərəncamlar,R.Rza ümumi məlumat, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının R.Rzanın 100 illik yubileyi ilə əlaqədar “sərəncamı”-ı asılmışdır.Bu zalda R.Rzanın aldığı mükafatlar ,fəxri adlar,fotostendlər nümayiş olunur.                                                                                             

2 –ci zalda R.Rzanın uşaqlıq və gənclik illərinə aid foto materiallar,R.Rza valideynləri ilə,ədibin gənclik illəri,R.Rza ailəsi ilə,R.Rza və qohumları,R.Rzaya aid şəxsi əşyalar,N.Rəfibəyliyə aid foto sternd,R.Rza öz müasirləri ilə foto stendi,şairin şeirlərindən ibarət parçalar, R.Rzaya məxsus pianino nümayiş olunur.                                      

3-cü zal şairin yaradıcılıq otağıdır. Otaqda divar saatı,yazı masası,masanın üzərində yazı makinası,qələm qabı,stol üstü lampa,şairin anası Məryəm xanıma aid olan məişət əşyalarından ibarət misqablar və mis lampalar,şairin kitab rəfi,mütaliə etdiyi qəzet və jurnallar,şairin özünün və müasirlərinin əsərləri, R.Rzanın tərcümə etdiyi əsərlər, şeir və poemalar,şairə aid olan şəxsi tarı,pencəyi,köynəyi,üzəri gümüşlə işlənmiş albom, müxtəlif əlyazmalar,2 kreslo,2 mütəkkə və s. nümayiş etdirilir.       4-cü zalda R.Rzaya,N.Rəfibəyliyə məxsus məişəəşyaları,suvenerlər,lampalar,çay dəsti,gül qabları,stolüstü saat,tüfəng,R.Rzanın ailəsi ilə olan şəkillər nümayiş etdirilməklə bərabər, N.Rəfibəylinin cehizlik xalçası qiymətli eksponatlar kimi qorunub saxlanılır.                                                                                                                                       Muzeyəeksponatların çox hissəsi Yazıçılar Birliyinin Sədri,xalq yazıçısı Anar tərəfindən bağışlanıb.Muzeyin fondunda 844 eksponat vardır. Bunlardan 769-u əsas fond,75 ədədi isə köməkçi finddur. Muzeyin ekspozisiya zallarında 463 eksponat nümayiş olunur.Fondda nümayiş olunan eksponatların elektron qeydiyyat sistemi mövcuddur.