Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Haqqımızda
1 Sentyabr , 2015

İctimai Hüquqi İnformasiya Mərkəzi

İctimai Hüquqi İnformasiya Mərkəzi 28 fevral 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı ilin dekabr ayının 28-də “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” imzaladığı sərəncama əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra şəhər və rayon kitabxanalarında İctimai Hüquqi İnformasiya Mərkəzinin yaradılması planlaşdırıldı. Bu yönümdə bir sıra tədbirlər həyata keçirildi. Əsas məsələlərdən biri bu mərkəzin hansı kitabxananın nəzdində yaradılacağı problemi idi. Uzun illər gənclərin həyatında mühüm rol oynayan, onların hərtərəfli inkişafına köməklik göstərən gənclərlə yüksək səviyyəli, uzunmüddətli iş təcrübəsinə malik olan C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının nəzdində yaradılacağı müəyyənləşdirildi. 

 

İctimai Hüquqi İnformasiya Mərkəzinin yaradılmasında məqsəd

1. Azərbaycan vətəndaşlarını Rusiya Federasiyasının qanunvericiliyinə dair məlumatlandırılmasını təmin etmək.
2. Onlara lazım olan məlumatı tez və operativ onlara çatdırmaq.
3. Rusiya Qanunvericilik toplusundan yararlana bilən 35 məntəqə üçün metodiki mərkəz rolunu oynamaq.
“İnformasiya hamı üçün” YUNESKO proqramının Rusiya Komitəsi ilə danışıqlar aparmış və bir sıra nazirlik, idarə və kitabxanalarda ictimai hüquqi informasiya mərkəzlərinin yaradılmasına nail olmuşdur. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyi “İnkişaf naminə təşəbbüs - Qlobal” İctimai Birliyi ilə birlikdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında ilk dəfə İctimai Hüquqi İnformasiya Mərkəzinin (İHİM) yaradılmasına nail oldu. Beləliklə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasına sözügedən bazaya açıq daxilolma və istifadə hüququ verildi. Bundan əlavə də 35 məntəqənin həmin mərkəzdən idarə olunması nəzərdə tutuldu.

 

Hüquqi İnformasiya Sistemi “Rusiya qanunvericilik toplusu” proqramı

Hüquqi İnformasiya Sistemi “Rusiya qanunvericilik toplusu” proqramı özündə aşağıdakıları cəmləyir:
1.Rusiya Federasiyasının qanunvericilik toplusunu.
2.Federal icraçı hakimiyyət orqanlarının icraçı aktlarının bülletenlərini.
3. Rusiya Federasiyası hökümətinin və Prezidentin aktlar toplusunu.
4. Rusiya Federasiyasının deputatlarının və Rusiya Federasiyasının Ali Sovetinin qurultay siyahılarını. 
5. Beynəlxalq sazişlərin bülletenləri.
6. Rusiya Federasiyasının Ali Məhkəməsinin bülletenləri.

 

Hüquqi İnformasiya Sistemi “Hüquqi informasiyanın ictimai və dövri nəşrləri elektron variantda” proqramı

Hüquqi İnformasiya Sistemi “Hüquqi informasiyanın ictimai və dövri nəşrləri elektron variantda” Hüquqi İnformasiya Sistemi özündə aşağıdakıları cəmləyir:
1.Rusiya Federasiyasının qanunvericilik toplusunu.
2.Federal icraçı hakimiyyət orqanlarının icraçı aktlarının bülletenlərini.
3. Rusiya Federasiyası hökümətinin və Prezidentin aktlar toplusunu.
4. Rusiya Federasiyasının deputatlarının və Rusiya Federasiyasının Ali Sovetinin qurultay siyahılarını. 
5. Beynəlxalq sazişlərin bülletenləri.
6. Rusiya Federasiyasının Ali Məhkəməsinin bülletenləri.

 

Proqramların istifadəçilərə verdiyi imkanlar:

1. Nəşrlər sistemində qeydiyyata alınmış sənədləri gözdən keçirmək.
2. Gərək olan sənədi onun mətninə, başlığına nömrəsinə əsasən axtarmaq.
3. Axtarışın nəticəsinə əsasən sənədlərə seçmələr tərtib etmək.
4. Sənədlərin daxilinə ayrıclar yerləşdirmək və onlarla işləmək. 
5. Seçilmiş sənədləri, onların başlıqlarını və mətnlərini çap etmək imkanı.
6. Sənədlərin kartoçkaları ilə işləmək imkanı.
7. Sənədləri Microsoft WinWord və ya DOS formatında olan fayla köçürmək imkanı.

 

İnsan hüquqları

Humanizm və Maarifçilik Dövründə insanların təbii və dərrakədən irəli gələn subyektiv hüqüqlarını təsvir edir. Insan haqlarının əsas konsepti ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə hamısı eyni hüqüqa malik olmalıdırlar və bu hüqüqlar izahata ehtiyac duyulmadan hamiya aid edilir.İnsan hüquqları institutu, məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik (solidarity) hüquqlarının mahiyyəti belə tam aydınlığa qovuşmayıb.Habelə insan hüquqları institutu, mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır. Konkret hüququn məzmununun doldurulması da maraq kəsb edir. Belə ki, mülkiyyət hüququnun məzmununu dolduran Mülki hüquq olduğu halda, söz azadlığı kimi hüquqların məzmununu isə fəlsəfə və siyasət elmi doldurur.Konkret hüquqlar baxımından bunu niyə bilməliyik? Məsələn, ayrı-seçkiliyə məruz qalmama hüququnun necə formalaşdığını bilməsək, müxtəlif hadisələrdə onu düzgün tətbiq edə bilməyəcəyik. Yəni hüquq hansı prinsiplərin təmin edilməsinə yönəlir, mütləq bilinməlidir. Burada bir məsələni qeyd etməliyik. İnsan hüquqları institutu anarxiya rejiminə yönəlmir və insanın hər istədiyini edəbiləcəyi bir mühiti forma-laşdırma məqsədini güdmür.Dövlətin insan hüquqlarına hörmətlə yanaşması, dövlətin bu sahədə tənizmləmə aparma səlahiyyətini aradan qaldırmır, ancaq bu tənzimləmənin məqsədini tənzimləyir və məhdudlaşdırır. Anarxiya nizamı, bütün hüquqları təhlükə altına aldığına görə, nizam-intizam qorunmalıdır və dövlətin hakimiyyət səlahiyyətlərinə də hörmətlə yanaşmaq lazımdır. Lakin hakimiyyət səlahiyyətləri, insanların legitim və ağlabatan maraqlarının məcmu-sundan ibarət olan, ictimai maraqların doyurulmasına yönəlməlidir. Burada insan hüquqları nəzəriyyəsi, demokratik rejimlərə bir məhdudiyyət gətirir – və konkret insanın çoxluq tərəfindən belə pozulmaz hüquqlar "qalasını" göstərir. Avtoritar rejimlərdə isə, insan hüquqları institutu bir az daha fərqli məqsədə yönəlir və effektivliyi də daha zəif olur; o simvolik bir protestə və zülmə qarşı dirənən çoxluğun ideologiyasına dönüşür.

 

Azərbaycan Respublikası Ədliyyə Mazirliyinin rəsmi saytı

http://www.justice.gov.az/

 

Официальный интернет-портал правовой информации

http://pravo.gov.ru/