Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Heydər Əliyev Mədəniyyətimizin Hamisi
1 Sentyabr , 2015

Azərbaycan Xalqının Umummilli lideri Heydər Əlirza oğlu Əliyev

Azərbaycan Respublikasının ümummilli lideri, bütün dünya türklərinin əvəzsiz şəxsiyyətlərindən biri, XX əsr dünya siyasətində xüsusi yeri olan, Azərbaycandövlətinin yaradıcısı, müdrik siyasətçi və müdrik insan Heydər Əlirza oğlu Əliyevin bu gün 91 yaşı tamam olur.    Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunubitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun(indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almış, lakin başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR  Xalq  Komissarları  Sovetində  şöbə  müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən  təhlükəsizlik  orqanları  sistemində  çalışan Heydər Əliyev 1964-cü ildənAzərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, birinci müavini, 1967- ci ildən isə sədri vəzifəsində işləmiş, general- mayor rütbəsinə qədər yüksəlmişdir. Həminillərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusiali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.                                                 Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrininbirinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinindeputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini kimi fəaliyyət göstərmişdir. Görkəmli dövlət xadimi 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun  şəxsənbaş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa etmişdir.O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıdatörətdiyi qanlı faciə ilə əlaqədar, ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatlaçıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİrəhbərliyinin ikiüzlü siyasətinə etirazəlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.                                                                                                                                                  1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış,həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.                                                                                                                        1991-1993-cü illərdə Naxçıvan Muxtar RespublikasınınAli Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur.                                                                                                                                           Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.                                                                                                                                                                          1993-cü ilin may-iyun ayında hökumət böhranının sondərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsiyarandıqda Azərbaycan xalqı Heydər  Əliyevin  hakimiyyətə  gətirilməsi  tələbi ilə ayağa qalxmışdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur olmuşdular. O, 1993-cü il iyun ayının 15-də Azərbaycan Ali Sovetininsədri seçilmiş,  iyul  ayının  24-də  isə  Milli  Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdı.1993-cü il oktyabr ayının 3-də ümumxalq səsverməsinəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının  Prezidenti  seçilmişdi.  O,  1998- ci il oktyabr ayının 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq,yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabr ayının 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.                                                                                                                                           Heydər Əliyev dörd dəfə “Lenin ordeni”, “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə “Sosialist Əməyi Qəhrəmanı” adını almış, bir çoxxarici dövlətlərin orden və medalları ilə təltif olunmuş, 27 mart 1997-ci ildə Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı “Yaroslav Mudrı&rrdquo; ordeni təqdim edilmiş, 1999-cu il aprel ayının 13-dəo, Türkiyənin 158 ən nüfuzlu mükafatı - “Atatürk Sülh Mükafatı”na layiq görülmüş, 2001-ci il yanvar ayının 20-də - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin “Fəxri professoru” adı verilmiş, 2003-cü il aprel ayının 3-də Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə  Hüquq Qaydası Problemləri Akademiyasının professoru vəhəqiqi üzvü seçilmiş, Y.V.Andropov adına mükafatalayiq görülmüş, 2003-cü il may ayının 10-da Rusiyanınyüksək mükafatı - “Müqəddəs Apostol Andrey Pervozvannı” ordeni ilə təltif olunmuşdur.Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadimi,Azərbaycan Respublikasının üçüncü Prezidenti, uluöndər Heydər Əlirza oğlu Əliyev 2003-cü il dekabrayının 12-də Amerikanın Ohayo ştatında Klivlendşəhərində vəfat etmiş, Azərbaycanda Fəxri Xiyabanda dəfn edilmişdir.Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvəncyerimiz, qürur duyduğumuz  arxa bildiyimiz böyükAzərbaycanlı idi. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan, Azərbaycan səviyyəsindədeyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün gücü olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdən idi.Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyüproblemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər özaktuallığı, düzgünlüyü, obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətrafdakıları heyrətləndirmiş,  siyasət  aləminin  patriarxı  adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar.Azərbaycan  coğrafi cəhətdən  kiçik  ölkə  olsa da,  Heydər  Əliyevin  böyük  siyasət  adamı  olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə heç vaxt mane olmamışdır. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların,  sosioloji mərkəzlərin  araşdırmalarında  Heydər  Əliyevin  adının  birincilər  sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi. Dərin məntiqli nitqi, natiqlik məharəti, sözseçmək bacarığı,  auditoriya  ilə  ünsiyyət  qurmaq  səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqidərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Uluöndərin nitq  çıxışlarında artıq söz  ifadə, qeyri-dəqiq fakt  rəqəm olmur, fikirlərini son dərəcəcilalanmış şəkildə ifadə edirdi. O, məsələnin mahiyyətini açmağa, mövzunun milli mənafe dövlətçilik mövqeyindən  təhlil  etməyə  xidmət edən məsələni ustalıqla göstərməyi bacarırdı.Bu  gün  ölkəmiz  bu  siyasətin  uğurlarını  hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı,   ulu  öndərimizin   layiqli   siyasi   varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər  Əliyev  siyasəti yaşayır  və  uğurla  davam etdirilir. AzərbaycanRespublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanınuğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onunsiyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanınbeynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdəolduğuna möhkəm əminlik yaratmışdır.

 

Bayraq

Azərbaycan Respublikasının
3-cü prezidenti

Bayraq

10 oktyabr 1993 — 31 oktyabr 2003
müvəqqəti 24 iyun 1993-dən

 

Bayraq

Azərbaycan Respublikası Ali Sovetinin 4-cü Sədri

Bayraq

  15 iyun 1993 — 5 noyabr 1993  

Bayraq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Bayraq

  3 sentyabr 1991 — 15 iyun 1993  

Bayraq

Sovet Sosialist Respublikaları İttifaqı Nazirlər Soveti Sədrinin Birinci müavini

Bayraq

  24 noyabr 1982 — 23 oktyabr 1987  

Bayraq

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü

Bayraq

  22 noyabr 1982 — 21 oktyabr 1987  

Bayraq

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi

Bayraq

 

14 iyul 1969 — 3 dekabr 1982

 

Bayraq

Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri

Bayraq

  21 iyun 1967 — 14 iyul 1969  

Partiya:

1) Pin of the Flag of CPSU.png Sovet İttifaqı Kommunist Partiyası (1945-1991)
2) YAP-loqo.jpg Yeni Azərbaycan Partiyası(1992-2003)

Təhsili:

1) Azərbaycan Sənaye İnstitutu
2) Azərbaycan Dövlət Universiteti

Dini:

İslam

Təvəllüdü:

10 may 1923-cü il
Bayraq Naxçıvan, Azərbaycan SSR,Zaqafqaziya SFSR

Vəfatı:

12 dekabr 2003-cü il (80 yaşında)
Flag of the United States.svg Klivlend, Ohayo, ABŞ

Dəfn yeri:

I Fəxri Xiyaban

Həyat yoldaşı:

Zərifə Əliyeva

Uşaqları:

oğlu: İlham Əliyev qızı: Sevil Əliyeva

 


Saytı:

Heydər Əliyev Fondu


 

İmzası:

İmzası


 

Mükafatları:

Sovet İttifaqı dövründə

Sosialist Əməyi Qəhrəmanı

Sosialist Əməyi Qəhrəmanı

Lenin Ordeni

Lenin Ordeni

Lenin Ordeni

Lenin Ordeni

Oktyabr İnqilabı Ordeni