23 dekabr 2022- ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq söbəsinin və 9 saylı Mırtı kənd kitabxana filialının birgə təşkilatçılığı ilə Mırtı kəndində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə " Yeni il yeni ümidlərin bayramıdır" adlı əyləncəli bayram tədbiri keçirilib. Azərbaycanın Dövlət Himni ilə başlanan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə MKS- nin direktoru Nərmin Xəlilova,Oxuculara xidmət şöbəsinin biblioqrafı Gülarə Bədirova, Uşaq şöbəsinin müdiri Sahilə Əliyeva, 9 saylı Mırtı kənd kitabxana filialının müdiri Həqiqət Muradova Dünya Azərbaycanlılarının Həmrəylik günü haqqında məlumat verərək uşaqları yeni il bayramı münasibəti ilə təbrik ediblər. Şaxta Baba və uşaqlar şən və əyləncəli oyunlar, şerlər , rəqslər, viktorinalar və tapmacalarla çıxış ediblər. Viktorinada fərqlənən uşaqlara hədiyyələr təqdim olunub. Nağıl otağında isə Uşaq şöbəsinin baş kitabxanaçısı Kubra Quliyeva uşaqlara Qış nağılını səsləndirib. Tədbirin sonunda yeni ilə həsr olunmuş sərgiyə baxış keçirilib.