Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
12 Yanvar , 2022
"Nazim Hikmət Dünyası"

11.01.2022-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində   türk şairi, yazıçısı, rəssamı, ssenarist və dramaturqı, ictimai xadimi, Beynəlxalq Sülh Mükafatı laureatı və türk inqilabi poeziyasının banisi Nazim Hikmətin anadan olmasının 120 illiyi münasibətilə "Nazim Hikmət Dünyası" adlı Dəyirmi Masa keçirildi.Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları və kənd kitabxana filiallarının işçiləri iştirak etdilər. Tədbiri giriş sözü ilə Xidmət şöbəsinin müdiri Şövqiyyə Əliyeva açaraq şairin yaradıcılığından,onun iztirablı, məşəqqətli, qasırğalı bir həyat yolundan söhbət açdı.Kitabxananın əməkdaşı Taliyə Əliyeva Nazim Hikmətin insan dünyasının zənginliyini, duyğu aləminin incəliklərini, həyatın mürəkkəbliyini bütün dolğunluğu ilə əks etdirən türk şeiri tarixində əbədiyaşar korifey bir sənətkar olduğunu qeyd etdi. Sonda şairin əsərlərini əks etdirən kitablardan təşkil olunmuş sərgiyə baxış oldu         


Foto Qalereya