Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
1 Oktyabr , 2021

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində hərbi vətənpərvərlik mövzusunda "Dəyirmi masa" keçirldi.

 01 oktyabr 2021-ci il tarixində Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində hərbi vətənpərvərlik mövzusunda "Dəyirmi masa" keçirldi.Tədbirdə Göyçaylı yazıçımız Təranə Məhəmmədqızının "Göyçayın Qarabağ Sevdalıları" və "Qırılıb Tale Güzgüsü" adlı kitablarının müzakirəsi oldu. Kitabxananın direktoru Nərmin Xəlilova yazıçı və kitablar haqqında məlumat verərək bildirdi ki, kitaba Birinci və İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igidlər, bu müharibənin iştirakçısı olmuş qazilər və İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı aylarda müharibə ilə bağlı minnətsiz yardımları olan bəzi Göyçaylılar barədə qısa məlumat və şəhid Şəmistan Əzizovun keçdiyi dötüş yolu haqqında məlumat verilmişdir. Kitabxanamızın əməkdaşları Gülarə Bədirova və Sahilə Əliyeva da çıxış edərək kitabların hərbi vətənpərvərlik mövzusunda ən yaxşı kitab olması haqqında öz fikirlərini bildirdilər.

 

Foto Qalereya