Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
28 May , 2021

28 may 2021-ci ildə Antalya Azərbaycan həmrəylik təşkilatınln sədri Ceyran xanım və Xəzər MKS-nin şöbə müdüri Nilufər xanımın təşkilatçılığı ilə 28 may Respublika gününə həsr olunmuş video-konfrans keçirildi.

 

28 may 2021-ci ildə Antalya Azərbaycan həmrəylik təşkilatınln sədri Ceyran xanım və Xəzər MKS-nin şöbə müdüri Nilufər xanımın təşkilatçılığı ilə 28 may Respublika gününə həsr olunmuş video-konfrans keçirildi.Tədbirə Gəncə Regional Mədəniyyət idarəsi, Gəncə şəhər MKS-i , Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemini , müğənnilərdən Firuz Məmmədov , Sevinc Sariyeva qonaq oldu. Tədbirdə 1918-ci il mayın 28 də Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından , 23 ay yaşamasına baxmayaraq bu Respublikanın müstəqil dövlət kimi fəaliyyət göstərməsindən danışıldı. Göyçay rayon Mərkəzləşdirilmiş  Kitabxana Sisteminin yeni təyin olunmuş direktoru , şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova çıxış edərək bildirdi ki, Zəfər qələbəsi və Respublika günü şəhid Vidadi Xəlilov kimi neçə neçə qəhrəmanların canı,qanı bahasına əldə edilmişdir. Biz bütün bunlarla fəxr etməyə layiqik. Hazırda müstəqil Azərbaycan, demokratik dövlət olaraq sürətlə inkişaf edir. Biz əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız yeni- yeni uğurlara nail olacaq, müstəqilliyimizin inkişafı istiqamətində böyük zəfərlər əldə edəcəkdir.

Foto Qalereya