Göyçay rayon Mərkəzi Kitabxanası

Göyçay rayon MKS

Yeni kitablar
Natiq Mürsəlov - İqtisadiyyat sahəsində gənc tədqiqatçıların elmi informasiya təminatı.
8 Dekabr , 2017
Natiq Mürsəlov - İqtisadiyyat sahəsində gənc tədqiqatçıların elmi informasiya təminatı.

 Natiq Mürsəlovun müəllifi olduğu “İqtisadiyyat sahəsində gənc tədqiqatçıların elmi informasiya təminatı” kitabı nəşr olunub. Kitab Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinə əsasən çap edilib. Nəşr “Gənc iqtisadçılar arasında araşdırma müsabiqəsi” layihəsinin əsasında hazırlanıb.

Kitabda informasiya cəmiyyətinin inkişaf etdiyi hazırkı mərhələdə gənc tədqiqatçıların elmi-mədəni, təhsil və digər sahələrdə fəal iştirakının əhəmiyyətindən danışılır. Kitabın çap edilməsində məqsəd gənc iqtisadçıların təhsil və elmi fəaliyyətlərinin stimullaşdırılması, onlarda elmi tədqiqata həvəsin artırılmasıdır.